RU

ABŞ nin bu addımı münasibətlərə zərbə vura bilər Putin

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya uzaqmənzilli "Tomahawk" raketləri verməsi ehtimalı ilə bağlı ciddi xəbərdarlıq edib.

Milli.Az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Onun sözlərinə görə, bu cür addım Moskva ilə Vaşinqton arasında yaranmış müsbət siqnalları aradan qaldıra və ikitərəfli münasibətlərdə yeni gərginlik dalğasına səbəb ola bilər.

Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasından sonra jurnalist Pavel Zarubinə danışan Putin bildirib ki, Rusiya belə bir qərarın nəticələrinin ciddi olacağını hesab edir.

"Artıq qeyd etmişəm ki, bu tip silahların tədarükü mövcud münasibətlərdə müəyyən qədər görünən müsbət dinamikanı məhv edəcək. Mən bu fikirləri birmənalı şəkildə dilə gətirirəm. Ancaq proseslərin necə inkişaf edəcəyi təkcə bizdən və ya şəxsən məndən asılı deyil",- deyə o vurğulayıb.

Xatırladaq ki, sentyabrın sonunda ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Ukraynanın Rusiya ərazisinə hücum məqsədilə uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərin qaldırılmasına açıq olduğunu bildirmişdi. Lakin Tramp məsələ ilə bağlı konkret qərar verməmişdi.

Bundan sonra ABŞ vitse-prezidenti Cey Di Vens mətbuata açıqlamasında Ukraynaya "Tomahawk" raketlərinin mümkün tədarükünün müzakirə mövzusu olduğunu təsdiqləyərək, yekun qərarın prezident Trampa məxsus olduğunu bildirmişdi.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
2
news.milli.az

3Источники