RU

MDB Oyunlarında qızıl medala layiq görülən boksçu: Avropa və Dünya çempionatlarında da uğur qazanmaq istəyirəm

Yevlax, 5 oktyabr, AZƏRTAC

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə apardım. Yarış boyunca üç döyüş keçirdim və hər biri mənim üçün böyük sınaq oldu. Bütün bu qarşılaşmalardan sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardım və qızıl medala layiq görüldüm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan boksçusu Şahin Aslanov söyləyib.

Boksçu vurğulayıb ki, hər bir görüş onun üçün böyük sınaq olub və qarşılaşmalar çətin keçib. “Sevinirəm ki, bütün çətinliklərə baxmayaraq turniri birinci yerdə başa vurdum”, – deyə Şahin Aslanov qeyd edib.

O, Müəllimlər Günü münasibətilə anasını və bütün məşqçi heyətini təbrik edib. Boksçu xüsusi olaraq məşqçilərinin zəhmətini vurğulayıb və onlara minnətdarlığını bildirib: “Məşqçilərim mənim üzərimdə böyük zəhmət çəkiblər”.

Şahin Aslanov, həmçinin turnirin ona böyük təcrübə qazandırdığını deyib və planlarından danışıb: “Bu turnir mənə həm texniki, həm də taktiki baxımdan çox şey öyrətdi. Çalışacağam ki, Avropa və Dünya çempionatlarında da uğurla çıxış edim və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırım”.

 

Избранный
45
1
azertag.az

2Источники