RU

Qərb bu məsələdə bizə mane olur Əraqçı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçı Qərb ölkələrinin danışıqlardakı mövqeyini tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

“Qərarların nəticələri və mümkün təhlükələri barədə aydınlıq yaradılmalıdır. Beynəlxalq ictimaiyyət Qərb dövlətlərinin BMT Təhlükəsizlik Şurasında formalaşdırdığı vəziyyəti və onun doğura biləcəyi hüquqi-siyasi fəsadları başa düşməlidir”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, İran həmişə ədalətli və balanslaşdırılmış dialoq yolu ilə razılaşmaya nail olmağa çalışıb:

“Lakin Qərb ölkələrinin həddindən artıq və əsassız tələbləri bu səylərin nəticə verməsinə mane olub”.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
globalinfo.az

1Источники