RU

Nepalda torpaq sürüşməsi olub, ən azı 47 nəfər ölüb

Nepalda güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlar nəticəsində ən azı 47 nəfər ölüb.Bu barədə Aljazeera agentliyi məlumat yayıb.Məlumata görə, güclü yağışların törətdiyi torpaq sürüşmələri və ani daşqınlar nəticəsində Nepalda azı 47 nəfər həyatını itirib, yollar bağlanıb və körpülər dağılıb.

Silahlı Polis Qüvvələrinin sözçüsü Kalidas Dhaulboji bazar günü bildirib ki, ölkənin Hindistanla sərhəddə yerləşən İlam rayonunda baş verən ayrı-ayrı torpaq sürüşmələri nəticəsində 35 nəfər ölüb.

Onun sözlərinə görə, cümə günündən etibarən daşqınlarda 9 nəfər itib, daha 3 nəfər isə Nepalin digər bölgələrində ildırım çaxması nəticəsində həlak olub. Güclü yağışlar ölkənin şərq və mərkəzi bölgələrini dağıdıcı şəkildə təsirləndirib.

Nepalın Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Təşkilatının sözçüsü Şanti Mahat bildirib ki, itkin düşən şəxslərin axtarış-xilasetmə əməliyyatları davam edir.

Избранный
18
5
news365.az

10Источники