RU

Almaniyadan dron insidentinə görə yeni həmlə

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Alman Silahlı Qüvvələri (Bundesver) pilotsuz təyyarələrin göründüyü hər yerdə ola bilməz, ancaq öz missiyasına diqqət etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Boris Pistorius deyib.

“Ştat və federal polis qüvvələrinin müəyyən yüksəkliklərdə fəaliyyət göstərmək üçün lazım olan imkanları inkişaf etdirməsi daha vacibdir. Kritik infrastruktura gəldikdə, operatorların özləri də bu işə cəlb olunurlar. Polis hər elektrik stansiyasını qoruya bilməz”, – o bildirib.

Nazir həmçinin qeyd edib ki, hökumət təyyarələrin daxili istifadəsinə icazə vermək üçün aviasiya təhlükəsizliyi haqqında qanuna dəyişiklik etməyi planlaşdırır:

“Alman hava limanları üzərində PUA insidentlərindən sonra vətəndaşlar arasında yaranan “qeyri-müəyyənliyi” başa düşürəm. Buna görə də polisin tələbi ilə Bundesverin öz ərazi yurisdiksiyasından kənarda PUA-ları tezliklə vura biləcəyinə ümid edirəm”.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
globalinfo.az

1Источники