Azərbaycan yığmasının üzvü Anna Yusupova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən marafon yarışında uğurlu çıxışla yadda qalıb.
İdman.biz xəbər verir ki, bu barədə federasiyanın mətbuat ixdməti məlumat yayıb.
Atletimiz 02:48:10 nəticə ilə Balkan marafonunun gümüş medalını qazanıb. A.Yusupova bu göstərici ilə həmçinin Skopye marafonunun bürünc medalına sahib çıxıb.