RU

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün birinci saniyədən sona qədər dominant tərəf idik. İki qol vurduq, amma daha çox qol vura bilərdik. Oyunçularımın daha çox qol vurmasını istəyərdim ki, özlərinə inamı artırsınlar. Üç xalı əldə etdik. Son saniyələrdə baş verənlər hamımızı üzdü. Biz Allaha dua edəcəyik ki, Mikelsə heç nə olmasın. Çünki bu tip zədələr bəzən çox ciddi olur”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 7-ci turunun “Karvan-Yevlax”la görüşündən sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

– Adətən, bu tip oyunlarda məşqçilər aparıcı oyunçularının zədələnməməsi üçün onları əvəzləyirlər. Mikelsi əvəzləmək olmazdı?

– Nəyə görə belə dediyinizi anlamadım. Mikels mərkəz hücumçumuz kimi oynayacaq yeganə oyunçumuz idi. Böyük istək və arzusu var idi ki, daha çox fərqlənsin. Aktivindəki qolları artırmaq istəyirdi.

– “Sumqayıt”la görüşdən sonra oyunun baş hakimini tənqid etmişdiz, onun qərarları ilə razılaşmamışdınız. Amma Hakimlər Komitəsinin rəhbəri Frenk De Blekere hakimin qərarlarının hamısının düzgün olduğunu açıqlayıb…

– De Blekere həqiqətən hakimlərin “Sumqayıt”la görüşdəki bütün qərarlarının doğru olduğunu deyib? Hər kəsin öz rəyi var. Hər rəyə, hər fikrə hörmət etməliyik. Mən də onun fikrinə hörmət edirəm. Onunla bu barədə nəsə mübahisə etmirəm. Amma mən TOP səviyyədə olan, Çempionlar Liqasında, Avropa Liqasında işləmiş hakimlərlə danışdıqdan sonra deyə bilərəm ki, əsasən “Sabah”la görüşdə vurduğumuz 2-ci qolda qətiyyən düzgün qərar verilmədi. İlboyu belə hallar baş verəcək, bu qərarlar davam etdiriləcək? Son dəqiqələrdə ləğv edilməyən qərarımıza gəldikdə, VAR verdiyin qərarını dəstəkləməlidir. Mən orada əl görmədim. Bilirsiz, biz sanki qaranlıq otaqda pişik axtarırdıq. TV-dən baxanda belə, görürsən ki, əl görünmür, sübut yoxdur.

– Coy-Lens Mikelsin zədəsi ciddi olarsa, qarşıdakı turda komandanın mərkəz hücumçusu kim oynayacaq? Bu məqam sizə problem yarada bilər?

– Mikels oynasa da, oynamasa da kim deyə bilər ki, “Zirə” bizə problem yaratmayacaq? Bu, bizdə birinci və sonuncu zədə olmayacaq. Təəssüf ki, futbolda belə hallar baş verir. Əlimizdə kimlər varsa, onların xidmətindən istifadə edəcəyik. İtkilərimiz çoxdur. Heç vaxt məndən şikayət eşidə bilməzsiz ki, oyunçular oynamadı deyə, uduzduq kimi açıqlama verəm. Sizə milyon faiz qaranti verə bilərəm ki, “Sabah” qarşıdakı tura da meydana 11 hazır oyunçu meydana çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
idmanxeber.az

4Источники