RU

Bavariya nın qapıçısı Müllerə çatdı

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

Manuel Noyer Tomas Müllerin Bundesliqada qazandığı qələbə rekorduna şərik çıxıb.

Sportal.az xəbər verir ki, "Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasında ən çox qələbə qazanan keçmiş komanda yoldaşı, hazırda Kanadanın "Vankuver” klubunun hücumçusu Tomas Müllerə çatıb.

Hər iki futbolçu "Bavariya"da 362 qələbə qazanıb. Bu isə Bundesliqa rekordudur.

Müller bu uğura 503 matçda, Noyerə isə 529 oyunda nail olub.

Qapıçı 6-cı turda “Bavariya”nın “Ayntraxt”la(Frankfurt) (3:0) görüşdə keçmiş komanda yoldaşının rekordunu təkrarlayıb. Noyer "Bavariya"nın "Borussiya"(Dortmund) ilə Bundesliqanın növbəti görüşündə yeni rekorda imza ata bilər. Qarşılaşma oktyabrın 18-də baş tutacaq.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
sportal.az

2Источники