Bakı. Trend:
III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komandayarışlarına yekun vurulub.
Trend-inməlumatına görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunandöyüşlərdə yığmamız final qarşılaşmada Özbəkistan seçməsinə 7:4hesabı ilə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıblar.
Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını7:3 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDBOyunlarına oktyabrın 8-də yekun vurulacaq.