RU

Zelenski: Putin Qərbə və onun sükutuna sadəcə gülür

Rusiya qış mövsümünə az qalmış Ukraynanın qaz və enerji infrastrukturuna hücumlarını artırır, lakin beynəlxalq reaksiyalar hələ də zəif qalır.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Rusiya Ukraynaya qarşı kütləvi zərbələr endirir və artıq öz məqsədlərini gizlətməyə belə çalışmır. Hədəflərin mütləq əksəriyyəti mülki obyektlərdir — adi infrastruktur, energetika, mülki müəssisələr, anbarlar, xüsusilə də mülki məhsulların saxlandığı anbarlar. Eyni zamanda, logistika zərbə altındadır — dəmir yolu daşımaları, yəni iqtisadiyyatın normal fəaliyyətini təmin edən sistemlər. Onlarla yaşayış binası da zədələnib,” – deyə Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, baş verənlərə və zərbələrin miqyasının getdikcə artmasına baxmayaraq, dünya tərəfindən “layiqli və güclü reaksiya” hələ də yoxdur.

Избранный
13
10
aznews.az

10Источники