RU

Merts və Tramp Rusiyanın aktivlərindən Ukraynaya kömək üçün istifadəni müzakirə ediblər

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla telefonla danışıb, o, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius məlumat verib.

Onun sözlərinə görə, tərəflər Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər:

"Almaniya kansleri Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təşəbbüsünü elan edib".

Almaniya Nazirlər Kabinetinin sözçüsü əlavə edib ki, liderlər Ukraynadakı münaqişəyə tez bir zamanda son qoymaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
4
azpolitika.info

5Источники