RU

III MDB Oyunları: Azərbaycanın 3x3 basketbol yığmaları yarımfinala yüksəlib

Azərbaycanın 3x3 basketbol yığmaları III MDB Oyunlarında yarımfinala yüksəlib.

“İki sahil” xəbər verir ki, bu gün Gəncədə 3x3 basketbol yarışlarına start verilib.

Azərbaycanın 17 yaşadək oğlan və qızlardan ibarət yığmaları yarımfinala yüksəlib.

A qrupunda yer alan Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət komandası (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı (21:13) və Qırğızıstanı (18:6) məğlub edib, amma Rusiyaya məğlub olublar (8:21). Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinala adlayıb. Yarımfinalda Azərbaycan yığması "B" qrupunu lider kimi tamamlayan Belarus millisi ilə qarşılaşacaq. İkinci yarımfinalda Rusiya Özbəkistanla qarşılaşacaq.

Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana (13:16) məğlubiyyətlə başlasa da, ardıcıl qələbələr qazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı (20:5), Rusiyanı (19:18) və Belarusu (18:17) məğlub edib.

Qızlardan ibarət turnirdə 5 komanda mübarizə aparıb. Turnir dairəvi sistemlə keçirilib və ilk dörd yeri tutan komandalar yarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerlə adlayıb. Yarımfinalda rəqibimiz Özbəkistan yığması olacaq. Digər yarımfinalda Rusiya Belarusla qarşılaşacaq.

Yarımfinallar, üçüncü yer uğrunda oyunlar və finallar sabah 16:00-dan etibarən keçiriləcək.

Избранный
16
13
ikisahil.az

10Источники