RU

3×3 basketbol üzrə yığmalarımız yarımfinalda KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3×3 basketbol yarışlarına start verilib.

KONKRET.az xəbər verir ki, oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları (U-17) yarımfinala yüksəlib.

“A” qrupunda yer alan oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı (21:13) və Qırğızıstanı (18:6) məğlub edib, amma Rusiyaya məğlub olublar (8:21). Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinala adlayıb. Yarımfinalda Azərbaycan yığması “B” qrupunu lider kimi tamamlayan Belarus millisi ilə qarşılaşacaq. İkinci yarımfinalda Rusiya Özbəkistanla qarşılaşacaq.

Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana (13:16) məğlubiyyətlə başlasa da, ardıcıl qələbələr qazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı (20:5), Rusiyanı (19:18) və Belarusu (18:17) məğlub edib.

Qızlardan ibarət turnirdə 5 komanda mübarizə aparıb. Turnir dairəvi sistemlə keçirilib və ilk dörd yeri tutan komandalar yarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerlə adlayıb. Yarımfinalda rəqibimiz Özbəkistan yığması olacaq. Digər yarımfinalda Rusiya Belarusla qarşılaşacaq.

Yarımfinallar, üçüncü yer uğrunda oyunlar və finallar sabah 16:00-dan etibarən keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
9
konkret.az

10Источники