"Mersedes" komandasının britaniyalı pilotu Corc Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisində qalib gəlib.
Axar.az xəbər verir ki, ikinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen tutub.
İlk "üçlüy"ü "McLaren"i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.
Qran-prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.