RU

Fənərbaxça prezidentinin bu FOTOları sosial mediada qalmaqal yaratdı

Fənərbaxçanın yeni prezidenti Sadettin Saranın özündən 31 yaş kiçik aktrisa Nafia Tanrıverdi ilə səmimi fotosu sosial mediada böyük müzakirələrə səbəb olub. Paylaşım ictimaiyyəti iki yerə bölüb - bəziləri bu münasibəti dəstəkləyərkən, digərləri yaş fərqini tənqid edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sadettin Saran və Nafia Tanrıverdi bir tədbirdə tanış olublar. Aralarındakı böyük yaş fərqinə baxmayaraq, qısa müddət ərzində səmimi münasibət qurduqları və bu dostluğun zamanla romantik əlaqəyə çevrildiyi iddia edilir.

Cütlüyün eyni yerlərdən paylaşdığı fotolar sosial mediada diqqətdən qaçmayıb və münasibət şübhələrini gücləndirib. İddialara əsasən, Nafia Tanrıverdi bəzən Sadettin Saranın yaşadığı evə də gedir. 

Cütlüyün birgə fotosu yayıldıqdan sonra sosial media izləyiciləri arasında böyük fikir ayrılığı yaranıb. Xüsusən də Fənərbaxça azarkeşləri müxtəlif reaksiyalar veriblər:

"Prezidentimizə yaraşır", "Başqan fit qalıb, maşallah" deyənlər olduğu kimi,

"Qızı yaşındakı ilə birlikdədir?" şəklində tənqid edənlərin də sayı az olmayıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
10
2
milli.az

10Источники