RU

Zelenski: “Putin Qərbə və onun sükutuna sadəcə gülür”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı hücumlarını sərt tənqid edib və bildirib ki, Kremlin məqsədləri artıq açıq şəkildə üzə çıxıb.

"Ölkə.az" xəbər verir ki, Zelenski deyib ki, Rusiya Ukraynaya qarşı kütləvi zərbələr endirir və artıq öz məqsədlərini gizlətməyə belə çalışmır: "Hədəflərin mütləq əksəriyyəti mülki obyektlərdir — adi infrastruktur, energetika, mülki müəssisələr, anbarlar, xüsusilə də mülki məhsulların saxlandığı anbarlar. Eyni zamanda, logistika zərbə altındadır — dəmir yolu daşımaları, yəni iqtisadiyyatın normal fəaliyyətini təmin edən sistemlər. Onlarla yaşayış binası da zədələnib.”

O, əlavə edib ki, Putin Qərb dövlətlərinin reaksiyasına və onların səssizliyinə heç bir əhəmiyyət vermir, bu isə onun siyasətini daha da sərtləşdirməsinə imkan yaradır.

Избранный
9
1
olke.az

10Источники