RU

Ağ Evdə DÖYÜŞ GECƏSİ

ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi münasibətilə 2026-cı il 14 iyun tarixində Ağ Evdə UFC çempionluq döyüşü keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Amerika lideri ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantikdəki əsas bazasına — Virciniya ştatının Norfolk şəhərinə səfəri zamanı bildirib. Həmin səfər ölkənin Hərbi Dəniz Qüvvələrinin 250 illik yubileyi münasibətilə təşkil olunmuş bayram tədbirləri çərçivəsində baş tutub.

"Gələn ilin iyunun 14-də Ağ Evdə, prezident iqamətgahının ərazisində böyük UFC döyüşü keçiriləcək", - Tramp təfərrüatları paylaşıb.

Bu tarix Amerika administrasiyasının rəhbərinin 80 illik yubileyinin qeyd edilməsi ilə üst-üstə düşür.

Избранный
20
2
publika.az

3Источники