RU

Himalayda güclü yağışlar torpaq sürüşməsi və daşqınlara səbəb olub

Bakı. Trend:

Himalay dağlarında yağan güclü yağışlar torpaq sürüşməsi vəçayların daşmasına səbəb olub. Xilasedicilər piyada, helikopter vəmotorlu qayıqla çətin çatılan kəndlərə yardım çatdırıblar.

Trend xəbər verirki, Nepal və qonşu Hindistanda leysan yağışları nəticəsində 60-dançox insan həyatını itirib.

Nepalın Milli Fəlakət İdarəetmə İdarəsinin sözçüsü Şanti MahatAFP-yə bazar günü, oktyabrın 5-də bildirib ki, təbii fəlakətnəticəsində azı 43 nəfər ölüb. Onlardan 37 nəfəri ölkəninşərqindəki İlam rayonunda dünyasını dəyişib. Daha beş nəfər hələ dəitkin düşüb.

Reuters isə Nepalda azı 47 nəfərin öldüyünü bildirir. Dağlıqİlam rayonunda bir neçə kəndi torpaq sürüşməsi aparıb.

Избранный
19
az.trend.az

1Источники