Çinli həkimlər sentyabrın 28-dən oktyabrın 4-dək ölkənin cənubundakı Quandun əyalətində çikunqunya virusuna 3 181 yeni yoluxma halı aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzi məlumat yayıb.
Bildirilir ki, Foşanda 2 480, Quançjouda 138, Şençjendə 101 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, çikunqunya virusu iyulun əvvəlində, Quandun əyalətində ağcaqanadların çoxalmasına şərait yaradan isti və rütubətli havaya görə yayılmağa başlayıb.