RU

Tramp Texasdan 400 əsgəri digər ştatlara göndərir - ÖZƏL 

ABŞ Prezidenti Donald Tramp Texas ştatından 400 Milli Qvardiya əsgərinin digər ştatlara göndərilməsi barədə göstəriş verib. Olaylar.az xəbər verir ki, bu barədə İllinoys ştatının qubernatoru Cey Robert Pritsker məlumat verib.
"Bu axşam Prezident Tramp Texasdan 400 Milli Qvardiya əsgərinin İllinoys, Oreqon və ABŞ-ın digər bölgələrinə göndərilməsi barədə göstəriş verib", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, Tramp sentyabr ayında Milli Qvardiya qüvvələrinin Çikaqoya - İllinoys ştatının ən böyük şəhərinə göndəriləcəyini bildirmişdi, lakin bunun dəqiq vaxtını açıqlamamışdı. ABŞ Prezidenti dəfələrlə İllinoys qubernatorunu Çikaqoda təhlükəsizliyi təmin edə bilmədiyinə görə tənqid edib. Trampın sözlərinə görə, şəhərdəki yüksək cinayət səviyyəsi Çikaqonu "cəhnnəm çuxuruna" çevirib. Qubernator Pritsker isə cavabında bildirib ki, Tramp özünü diktator kimi aparır və Amerikanın bir şəhərinə qarşı müharibə ilə hədələyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники