RU

Avropa İttifaqı Orta Dəhlizə investisiya imkanlarının araşdırılmasına özəl sektoru dəvət edəcək - Avrokomissar

Avropa İttifaqıTransxəzər Nəqliyyat Dəhlizində investisiya imkanlarının araşdırılmasına özəl sektoru dəvət edəcək.

Day.Az xəbər verir ki, bunu Trend-ə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos sentyabrda Azərbaycana səfərindən sonra özəl müsahibəsində deyib.

M.Kos qeyd edib ki, uzun müddət ərzində ilk dəfə olaraq Cənubi Qafqaz vasitəsilə Avropadan Mərkəzi Asiyaya ticarət yollarının perspektivi reallığa çevrilir:

"Azərbaycana səfərim Aİ-ni Cənubi Qafqaz və daha sonra Qara dəniz regionu vasitəsilə Asiya ilə birləşdirən daha geniş strategiyanın ilk addımı oldu. Biz Mərkəzi Asiyanın perspektivlərini nəzərə alaraq nəqliyyat, enerji və rəqəmsal infrastrukturu inkişaf etdirməklə Azərbaycanla əlaqələri gücləndirmək istəyirik. Aİ-nin Azərbaycan üçün müsbət gündəliyi var: iqtisadi inkişafı və davamlı artımı stimullaşdırmaq üçün konkret təkliflər. Bu, Orta Dəhlizin inkişafı üçün həlledici əhəmiyyət kəsb edən Azərbaycana mühüm iqtisadi, siyasi və strateji faydalar gətirir. Bu kontekstdə Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır".

Avropa komissarı vurğulayıb ki, Avropa və Azərbaycan dəhlizin uğurunun təmin edilməsində maraqlıdır.

"Qarşıdakı aylarda biz bu niyyətləri daha da konkretləşdirəcəyik: oktyabrın 9-10-da Brüsseldə ikinci "Qlobal Qapılar" (Global Gateway) Forumu keçiriləcək, oktyabrın 20-də isə regionlar arasında təhlükəsizlik və əlaqə ilə bağlı nazirlərin görüşü keçiriləcək. İlin sonuna kimi biz özəl sektoru da Transxəzər Nəqliyyat Dəhlizində investisiya imkanlarını araşdırmağa dəvət edəcəyik", - deyə o əlavə edib.

Избранный
9
1
day.az

2Источники