RU

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin daha da irəliləməsində Avropa İttifaqının dəstəyinə arxalana bilər – Marta Kos

Bakı.TurkicWorld

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin daha da irəliləməsində Avropa İttifaqının dəstəyinə arxalana bilər.

TurkicWorld xəbər verir ki, bunu Trend-ə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos sentyabrda Azərbaycana səfərindən sonra verdiyi özəl müsahibəsində deyib.

"Bu, regionda davamlı sülh və sabitlik yolunda mühüm addımdır. İmzalanmış və ratifikasiya olunmuş sülh sazişi keçmiş münaqişələrə son qoyacaq və regionun inkişafına mühüm müsbət təsir göstərəcək. Bu, sülh və sabitliyin yeni səhifəsini açacaq. Sazişin əsas elementi nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi öhdəliyidir. Bu, təkcə region daxilində əlaqələri gücləndirməyəcək, həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyaya yaxınlaşdıracaq. Azərbaycan mümkün transsərhəd və regional əməkdaşlıq təşəbbüsləri, barışıq səyləri və humanitar məsələlər də daxil olmaqla normallaşma prosesini daha da irəlilətmək üçün Avropa İttifaqına ümid edə bilər", - deyə o əlavə edib.

Избранный
6
2
turkic.world

3Источники