Respublika Klinik Xəstəxanasından evə köçürülən şair Əlisəmid Kürün vəziyyəti ağır olaraq qalır.
Bu barədə “Yeni Sabah”a onun qızı Aynur Mehdiyeva məlumat verib.
O bildirib ki, hələlik ümidlə gözləyirlər: pizza sifarişi
“Atamın xəstəliyi müalicəyə tabe olmadığı üçün xəstəxanadan evə göndərilib. Hazırda evdədir. Vəziyyəti ağır olaraq qalır”.
Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Aydan Hacı
Telegram kanalımız