Məqalədə bildirilir ki, beynəlxalq aləmdə İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı artan tənqid və ölkənin siyasi təcridi fonunda Netanyahu artıq Trampa açıq şəkildə qarşı çıxmaq imkanını itirib. Bu isə onun ABŞ-a olan asılılığını daha da dərinləşdirir. NYT yazır ki, Tramp İsraillə münasibətlərini ABŞ-ın maraqları və bölgədəki digər ölkələrlə, o cümlədən Türkiyə və Qətərlə əlaqələri çərçivəsində qiymətləndirir. Qəzetin məlumatına görə, Tramp 9 sentyabrda Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə qarşı həyata keçirilən hücumdan sonra Netanyahunun Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taniyə zəng edib üzr istəməsini təklif edərək onu "bir çox israillilərin gözündə alçaltdı".
29 sentyabrda Ağ Ev Trampın Qəzzada münaqişənin həlli üçün hazırladığı 20 maddədən ibarət "əhatəli plan"ını təqdim edib. Sənəddə bölgədə müvəqqəti xarici idarəçiliyin yaradılması və beynəlxalq qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. İsrail bu plana razılığını bildirib. 3 oktyabrda isə HƏMAS vasitəçilərə cavabını təqdim edərək bütün sağ israilli girovları azad etməyə və həlak olanların cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib. Lakin hərəkatın siyasi büro üzvü Musa Əbu Mərzuk girovların hamısının 72 saat ərzində azad ediləcəyinə şübhə ilə yanaşdığını qeyd edib.
Yeni mərhələdə İsrail və HƏMAS arasında dolayı danışıqlar 6 oktyabrda Misirdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31