"Kəpəz" cari mövsüm ilk 7 oyununun hamısında məğlub olub.

Offsideplus.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin tarixində 2-ci dəfə yaşanıb.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə bir komanda startda 7 dəfə uduzub. "Kəpəz" belə halla 2-ci dəfə üzləşən yeganə klubdur. 

Onlar ötən mövsüm də çempionata belə start vermişdi.

"Sarı-göylər"dən başqa Kürdəmir "Şirvan"ı 1992, Sumqayıt "Xəzər"i 1994/95, "Şəmkir" 1996/97, Quba "Şahdağ"ı 2000/01, "Şəfa" 2004/05 mövsümündə belə uğursuzluq yaşayıb.

Qeyd edək ki, 1992-ci ildə çempionatda çıxışını dayandıran "Gənclik" klubuna bütün matçlarda məğlubiyyət verildiyi üçün siyahıya daxil edilməyib.