RU

Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 5%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın TürkDövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 4,737milyard ABŞ dolları təşkil edib.

Trend-inDövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalaragörə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5%və ya 226,3 milyon ABŞ dolları artıb.

Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7%-nə bərəbər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk səkkiz ayında AzərbaycanınTürkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,9%azalaraq 3,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,8dəfə artaraq 53,4 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi3,2 dəfə artaraq 547,6 milyon dollara, Özbəkistanla ticarətdövriyyəsi isə 2,1 dəfə artaraq 292 milyon dollara bərabərolub.

Cari ilin ilk səkkiz ayında Azərbaycandan Türkiyəyə 30,3 milyonABŞ dolları dəyərində 65,4 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları, 394,5 milyon ABŞ dolları dəyərində isəqeyri-neft məhsulları ixrac edilib. Eyni zamanda hesabat dövründəQazaxıstan Azərbaycandan 65,7 milyon ABŞ dolları dəyərində,Özbəkistan isə 43,2 milyon ABŞ dolları dəyərində qeyri-neftməhsulları idxal edib. Digər ölkələrə isə sözügedən məhsullarınixracı ilə bağlı göstəricilər qeydə alınmayıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündəimzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilatyaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)”olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda“Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridirvə hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan,Qırğızıstan, Özbəkistan və Türkiyə.

Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isətəşkilatda müşahidəçi statusa malikdir.

Избранный
9
1
az.trend.az

2Источники