RU

Xalq artisti 69 yaşını toyda qeyd edəcək

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür. 

“Qafqazinfo” 69 yaşını qeyd edən sənətçi ilə əlaqə saxlayıb. 

N. Mehdixanlı saytımıza açıqlamasında doğum gününü toyda keçirəcəyini bildirib:

“Nə vaxtsa özümə nəsə arzuladığım yadıma gəlmir. Çünki hər şey mənimlə bağlı deyil və hər şey mənimlə düzəlmir. Həmişə arzulamışam ki, ətrafımdakı insanlar xoşbəxt olsunlar. Ən böyük arzumuz Qarabağın azad olması idi. Şükürlər olsun ki, artıq orada quruculuq işləri gedir. Azərbaycan gəncləri xoşbəxt olsa, biz yaşlı adamlar da onlara baxıb sevinəcəyik və ömrümüz uzanacaq. Özümə bundan qiymətli bir şey arzulamıram.

Bu gün həmkarımız Rövşən Kərimduxun ilk övladının Sumqayıtda toy məclisi olacaq. Rövşən bir gün gülə-gülə gəldi ki, “mən bilərəkdən toyu sizin ad gününüzə salmışam”. Bütün kollektivlə həmin məclisdə olacağıq. Doğum günümü də elə orada qeyd edəcəyik. Bundan gözəl nə ola bilər?”

Qeyd edək ki, 1956-cı il oktyabrın 6-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, uzun illərdir Akademik Milli Dram Teatrının səhnəsində çıxış edir. Xalq artisti həm teatr, həm də kino sahəsində çoxsaylı yaddaqalan obrazlar yaradıb.

Aktyor 1998-ci ildə Əməkdar Artist, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. 

Lamiyə Məmmədova 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
qafqazinfo.az

1Источники