RU

Rusiya Hava-Kosmik Qüvvələrinə növbəti Su-34 qırıcı-bombardmançıları təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) dövlət müdafiə sifarişi çərçivəsində Rusiya Hava-Kosmik Qüvvələrinə növbəti Su-34 qırıcı-bombardmançı təyyarələrini təhvil verib.

“Poliqon” UAC-yə istinadən xəbər verir ki, Su-34-lər lazımi zavod və uçuş sınaqlarından keçdikdən sonra sifarişçiyə çatdırılıb.

UAC-nin baş direktoru Vadim Badexa bildirib ki, korporasiyanın müəssisələri Rusiya Hava-Kosmik Qüvvələri qarşısındakı öhdəliklərini yerinə yetirərək döyüş təyyarələrinin istehsalını yüksək tempdə davam etdirir.

“Bu, ilin son tədarükü deyil. Zavodlarımızın əməkdaşları Müdafiə Nazirliyinin tapşırıqlarına uyğun olaraq təyyarələrin istehsal həcmlərini təmin etmək üçün istehsal proseslərini daim təkmilləşdirirlər”, – deyə baş direktor vurğulayıb.

Qeyd edək ki, Su-34 qırıcı-bombardmançı təyyarəsi yerüstü (səth) və hava hədəflərinin, hava hücumundan müdafiə vasitələri ilə qorunan və aerodromdan xeyli uzaq məsafədə yerləşən infrastruktur obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. Təyyarə həmçinin hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün də istifadə oluna bilər.

Избранный
4
poliqon.az

1Источники