RU

Emin Mahmudov “Neftçi”nin kapitanı kimi 200-cü oyununu keçirib

Misli Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

İdman.biz PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Mahmudov 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb.

Yarımmüdafiəçinin yubiley oyununda komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Mahmudov ilk dəfə 2017/2018 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə kapitan sarğısı ilə başlayıb.

Qeyd edək ki, E.Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.

İdman.biz

Избранный
29
12
idman.biz

10Источники