RU

Tanınmış klub baş məşqçisiz qaldı

“Reyncers” baş məşqçisiz qalıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rassel Martin istefa verib.

2025-ci ilin iyunundan Şotlandiya klubunu çalışdırmış Rassel bu mövsüm uğursuz nəticələrə görə komandadan ayrılmaq qərarı alıb.

"Reyncers" hazırda səkkiz xalla Şotlandiya Premyer Liqasında 8-ci pillədədir.  Avropa Liqasında isə şotlandlar “Genk” (0:1) və “Şturm”a  (1:2) uduzub.

 

saytlarin hazirlanmasi

Избранный
12
1
sportal.az

2Источники