RU

500 dollara aldığı tərk edilmiş anbarın içərisindən avtomobil çıxdı - FOTO

ABŞ-ın Konnektikut ştatında bir nəfər 500 dollara tərk edilmiş anbar alıb. O, anbarın içərisində olanları görəndə çox təəccüblənib.

Herbiand.az bildirir ki, bu barədə Supercar Blondie məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ-da mütəmadi olaraq belə hərraclar keçirilir. Bu yolla insanlar müxtəlif tərk edilmiş anbarları ala bilirlər. Əsas özəllik ondan ibarətdir ki, insanlar hərrac bitənə qədər içində nə olduğunu bilmirlər.

Blacksvq ləqəbli istifadəçi 500 dollara aldığı anbarın videosunu yayımlayıb. Videoda Amerika idman avtomobili olan Dodge Challenger Hellcat görünüb. Bu avtomobil 2015-ci ildə ilk dəfə istehsala başlayanda ABŞ-da onun başlanğıc qiyməti təxminən 60,990 dollar idi.

İdman avtomobili qalın toz qatına bürünsə də, əla vəziyyətdə olub. Həmin şəxs hətta, ilk cəhddə mühərriki işə salmağı bacarıb.

Xatırladaq ki, Dodge Challenger SRT Hellcat 707 at gücü hasil edən 6,2 litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilib. Sportkar 100 km/saat sürəti cəmi 3,7 saniyəyə yığa bilir. Maksimal sürəti 327 km/saat təşkil edir.

Bəxtiyar CƏFƏRLİ



Избранный
37
herbiand.az

1Источники