Krımda “Saki” aerodromu və Feodosiya şəhərindəki neft bazası dron hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Məlumata görə, Novofedorovkada yerləşən “Saki” aerodromu ərazisində partlayış səsləri eşidilib. Ardınca bölgədə hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilib.
Təxminən bir saat sonra Feodosiyadakı neft bazası vurulub.
Norveçin Oslo hava limanında dron görüldüyünə dair məlumatdan sonra hava limanına məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə NTB xəbər agentliyi məlumat yayıb.
Polisin məlumatına görə, yerli vaxtla gecə yarısı “Norwegian Air” pilotu havada 3-5 dron gördüyünü bildirib. Hadisə nəticəsində bir neçə reys gecikib və ya başqa hava limanlarına yönləndirilib.
Son həftələrdə Kopenhagen, Oslo və Münhen də daxil olmaqla, Avropanın bir neçə hava limanında dron və hava məkanının pozulması hallarına görə aviasiya hərəkətində fasilələr yaşanıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks xarici işlər naziri Tofiq Zülfüqarovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.