RU

“Memarlıq abidəsi sökülməyəcək” – Rəsmi

“1903-cü ildə inşa edilmiş və Bakı şəhəri, Yasamal rayonu Rza Quliyev küçəsi 4 ünvanında yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur”.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən ünvanda yerləşən tarixi binanın söküləcəyi ilə bağlı iddialar yayılıb. İddialara əsasən, binanın yaxın vaxtlarda söküləcəyi ilə bağlı üzərində müvafiq işarələr də qoyulub.

Xəbər 3 dəfə oxunub.
Избранный
18
1
xezernews.az

10Источники