“Turan Tovuz” Roderik Millerlə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki,  müdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.

2022/2023-cü illər mövsümünün qış transfer dövründə “Turan Tovuz”a keçən futbolçu bu müddət ərzində komandanın heyətində 58 oyun keçirib və 10 qol vurub. 

Qeyd edək ki, Panama millisinin də şərəfini qoruyan Roderik Millerin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.