Putinin ad gününə dair planları məlum olub...
Milli.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ad günündə, yəni 7 oktyabrda Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirəcək.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov TASS-a məlumat verib.
Həmin gün dövlət başçısının bir sıra beynəlxalq telefon danışığı da planlaşdırılıb.
Peskov həmçinin qeyd edib ki, prezidentin iş görüşmələrindən başqa şəxsi planları da ola bilər.
Poliqon.info