Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti Vətən müharibəsinin 5-ci ildönümü ərəfəsində şəhid ailələrini ziyarət edib.
Bu barədə “Poliqon” DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin, əlillərin və müharibə veteranlarının sosial təminatı məsələlərinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev şəhid sərhədçilərin döyüş yolu və qəhrəmanlıqları haqqında danışıb, onların xatirəsinə hörmət və ehtiramın hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi olduğunu qeyd edib.
Şəhid ailələri tarixi qələbədən sonra işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanmasından təsəlli tapdıqlarını bildirib, göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */