RU

“Qarabağ”a uduzdular, rəhbər şəxs razı qaldı - Bağlı otaqda görüş

«Kəpəz» Premyer Liqanın yeddinci turunda da məğlubiyyətlə üzləşdi.

Suraxanıda «Qarabağ»ın qonağı olan «sarı-göylər» ilk hissədə buraxdığı qolla meydandan xalsız ayrıldı.

Bununla belə, klub rəhbərliyi komandanın çıxışından narazı qalmayıb. İdarə Heyətinin üzvü Fərman Əlizadə matçdan sonra paltardəyişmə otağına gələrək, məşqçi və futbolçu heyəti ilə görüşüb.

Funksioner yenilgiyə rəğmən, oyunçulara ürək-dirək verib, güclü rəqibə qarşı layiqli müqavimət göstərdiklərini bildirib.

F.Əlizadə qeyd edib ki, o, əvvəlki turların heç birində «Kəpəz»dən belə əzmkarlıq görməyib. Keçmiş baş məşqçi Adil Şükürovun adını çəkməsə də, ötən 2 ayda görülən işlərin bərbad olduğunu vurğulayıb.

Azər Bağırovun təyinatıyla kollektivdə ruh yüksəkliyinin yarandığını söyləyən idarəçi deyib ki, uğursuzluq zolağından tezliklə çıxacaqlarına inanır.

Rəhbər şəxs komandaya bundan sonra da hər cür dəstək verəcəklərini, heç kimin bundan narahat olmamasını diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Избранный
17
sportinfo.az

1Источники