RU

Şimal-qərb bölgəsi üzrə 6 məzun Prezident təqaüdünə layiq görülüb

6 məzunumuz Prezident təqaüdünə layiq görülüb.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, 2024-2025-ci il tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Prezidentinin 2025-ci il 05 oktyabr tarixli Sərəncamına əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə tələbə adını qazanmış 6 məzun bu təqaüdə layiq görülüb.

Belə ki, Regional İdarə üzrə Prezident təqaüdünə layiq görülənlərin 2-si Şəki rayonunun, 1-i Qəbələ rayonunun, 1-i Oğuz rayonunun, 1-i Qax rayonunun, 1-i isə Balakən rayonunun məzunudur.

Избранный
32
azedu.az

1Источники