Bakı. Trend:
Dünya Bankının Türkiyənin səhiyyə sahəsində fövqəladə hallarahazırlığının artırılmasına yönəlmiş layihəsi cari ilin oktyabrayının sonunda başa çatacaq.
Trend xəbər verirki, Dünya Bankının tam məbləğdə təmin etdiyi ümumi maliyyələşməninhəcmi 250 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunur ki, layihənin məqsədi ölkənin vaksin istehsalıimkanlarını gücləndirmək və ictimai sağlamlığa yönələn təhdidlərinoperativ şəkildə müəyyənləşdirilməsi qabiliyyətini artırmaqdır.
“Türkiyənin ictimai səhiyyə sahəsində fövqəladə hallarahazırlığının artırılması” layihəsi vaksin istehsalınıngenişləndirilməsinə, həmçinin ölkənin təhdidləri aşkar etmək vəsəhiyyə sahəsində fövqəladə hallara çevik reaksiya qabiliyyətiningücləndirilməsinə kömək edəcək.
Layihə vaksin istehsalını avadanlıqların maliyyələşdirilməsi vətexniki yardımın göstərilməsi hesabına dəstəkləyəcək. Fövqəladəhallara hazırlıq tədbirləri ictimai sağlamlığa müxtəlif mənbələrdənyarana biləcək riskləri əhatə edəcək, ölkənin yoluxucuxəstəliklərə, iqlim dəyişikliklərinə və təbii fəlakətlərə qarşıhəssaslığını nəzərə alacaq.