RU

Azad edilmiş ərazilərdə daha 156 mina, 517 PHS aşkarlanıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (29.09.2025-05.10.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 82 piyada əleyhinə mina, 74 tank əleyhinə mina, 517 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 432,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
49
apa.az

10Источники