RU

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti Vətən müharibəsinin 5-ci ildönümü ərəfəsində şəhid ailələrini ziyarət edib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin, əlillərin və müharibə veteranlarının sosial təminatı məsələlərinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev şəhid sərhədçilərin döyüş yolu və qəhrəmanlıqları haqqında danışıb, onların xatirəsinə hörmət və ehtiramın hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi olduğunu qeyd edib.

Şəhid ailələri işğaldan azad olunmuş torpaqlarda tarixi Qələbədən sonra üçrəngli bayrağımızın dalğalanmasından təsəlli tapdıqlarını bildirib, göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
8
azertag.az

9Источники