RU

Gözətçi işlədiyi kafedə dünyasını dəyişdi

Bakıda kafedə ölüm qeydə alınıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə dünən saat 10 radələrində Nizami rayonu Əliağa Kürçaylı küçəsi 4-də yerləşən kafedə baş verib.
 

Orada gözətçi işləyən 1959-cu il təvəllüdlü paytaxt sakini İlqar Sabir oğlu İsmayılovun halı pisləşib və vəfat edib.


Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Избранный
18
9
bizim.media

10Источники