RU

Erməni nümayəndə heyəti Bolqarıstanda təhqir olundu “Onları lüt soyunmağa məcbur etdilər...

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Erməniləri rus dilində danışmağa qoymadılar”

Bolqarıstana səfərə gedən rəsmi erməni nümayəndə heyəti sərhəddə təhqir olunub.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə Sofiyanın Vasil Levski hava limanında Ermənistanın Ani şəhərinin meri Arman Sarıbekyanın rəhbərlik etdiyi nümayəndə heyəti alçaldıcı yoxlamaya məruz qalıb. Məlumata görə, erməni qonaqlar lüt soyunmağa məcbur edilib, sorğu-sual olunub və bir neçə saat sərhəddə saxlanılıb.

Hadisə oktyabrın 1-də baş verib. Ermənistan nümayəndə heyəti Bolqarıstana Novi Pazar şəhərinin meri Georgi Georgiyevin dəvəti ilə Sofiyaya gəlib. 

Georgiyevin sözlərinə görə, rəsmi şəxslər və onları müşayiət edən heyət bütün lazımi sənədlərə və Bolqarıstanın İrəvandakı səfirliyi tərəfindən verilmiş Şengen vizalarına malik olub. Buna baxmayaraq, onlar gecə saat 2:20 radələrində sərhəd polisi tərəfindən saxlanılıblar: "Qonaqlarımızı ayrıca otağa apardılar, lüt soyunmağa məcbur etdilər və hərtərəfli axtarış apardılar. Onların şəxsi əşyaları açıldı və bütün bunlar təhqiredici suallarla müşayiət olundu - onlar kimdirlər, niyə gəliblər və niyə məhz indi gəliblər? Söhbət yalnız bolqar və ingilis dillərində aparıldı - rus dilində ünsiyyət qurmaq cəhdlərinə məhəl qoyulmadı. Nümayəndə heyəti iki saat yarım sonra buraxılıb, lakin onlara oktyabrın 4-də hava limanına qayıtmaq və Bolqarıstanı tərk etmək əmri verilib”.

Sonda bildirilir ki, Ermənistanın Sofiyadakı səfiri Bolqarıstanın Xarici İşlər nazirinə rəsmi etiraz notası göndərib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
azpolitika.info

1Источники