RU

STAR neft emalı zavodu dizel yanacağı istehsalını artırıb

Bakı. Trend:

SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “STAR” neft emalı zavodu2025-ci ilin iyul ayında 556 181 ton dizel yanacağı istehsal edibki, bu 2024-cü ilin iyul ayındakı 376 332 tonla müqayisədə 47,8faiz çoxdur.

Trend bu barədəTürkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsininməlumatlarına istinadən xəbər verir.

2025-ci ilin iyul ayında zavod 955 975 ton xam neft idxal edibki, bu 2024-cü ildəki göstərici (686 462 ton) ilə müqayisədə 39,3faiz çoxdur.

İstehsal həcminə, həmçinin 165 654 ton aviasiya yanacağı, 26 617ton mayeləşdirilmiş neft qazı (LPG), 134 892 ton nafta, 54 667 tonneft koksu, 22 037 ton yüksək kükürdlü dizel və digər neftməhsulları daxildir.

2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavoduneft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir vəTürkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiyalayihəsi hesab olunur.

2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neftemalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı,nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neftməhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim”neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tamşəkildə təmin edir.

Məqalədə:
Избранный
16
1
az.trend.az

2Источники