RU

Xurma ixracı 2025-ci ilin səkkiz ayında həcmi və dəyər baxımından artıb

Azərbaycan 2025-ci ilin səkkiz ayında 45 835 ton xurma ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

 Bu dövrdə ixracın statistik dəyəri 32.9 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə xurma ixracının dəyəri isə 18.6% (5.2 milyon dollar) artıb.

Belə ki, 2024-cü ilin səkkiz ayında 35 365 ton xurma ixrac olunmuş, bunun dəyəri 27.8 milyon dollar təşkil etmişdi.

Azərbaycan xurma ixracında əsasən Rusiya və Yaxın Şərq bazarlarına yönəlib. İxrac artımı kənd təsərrüfatı məhsullarının emalı və logistik imkanların genişlənməsi ilə izah olunur.

Gülnar 

Избранный
9
1
anews.az

2Источники