RU

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb

ain.az bildirir, Marja.az portalına istinadən.

2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Marja.az Maliyyə Nazirliyinə istinadəb xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat təşkil edərək proqnozdan 8,2 milyon manat və ya 31,2 faiz, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək proqnozdan 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 10 milyard 860,7 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

İş elanları AzVak.az-da

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 748,0 milyon manat təşkil edərək proqnoza qarşı 98,4 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3 faiz icra olunub.

Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 milyard 668,2 milyon manat məbləğində icra edilib. Büdcənin icrasında 4 milyard 474,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
33
marja.az

10Источники