RU

Bu il istehlakçılara 140 milyon manatdan çox ƏDV qaytarılıb

Cari ilin yanvar - sentyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 140 milyon 216 min manat olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin 9 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 7 milyon 928,2 min manat təşkil edib.

Sözügedən müddət ərzində aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 faiz artıb və 228,5 min təşkil edib.

Избранный
17
47
yeniazerbaycan.com

10Источники