RU

"Cəsarətli çıxış etmək bizim üçün vacibdi" - Rəşad Eyyubov

U-21 millimizin yeni baş məşqçisi Rəşad Eyyubov AFFA-nın mətbuat xidmətinə açıqlanma verib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis qarşıdakı rəsmi matçlarla bağlı fikirlərini bölüşüb:
“Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə, mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdi. Taktiki planımız da komandanı buna sövq etməlidi. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də, ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidi. Oyunçularımıza inanıram, məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdi”.
B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.
Избранный
22
6
football-plus.az

10Источники