RU

Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə hərəkət məhdudlaşdırılacaq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 7-si saat 08:00-dan oktyabrın 9-u saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
34
azertag.az

10Источники