ain.az bildirir, Oxu.az portalına istinadən.
"Euronews" Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dair video yayımlayıb.
Oxu.Az xəbər verir ki, videoda Azərbaycanın zəngin təbii sərvətlərə, enerji və maliyyə resursları, güclü investisiya mühitinə malik olduğu, texnologiyalara xüsusi önəm verdiyi və uzun müddət qeyri-sabitlik hökm sürən regiona sülh, tərəqqi və rifah gətirdiyi vurğulanır.
Bildirilir ki, forum Azərbaycanın iqtisadiyyatın diversifikasiya sadiqliyini bir daha nümayiş etdirib.
Videoda forum çərçivəsində əldə edilən razılaşmaların əhəmiyyəti şərh olunub.
Reportajı təqdim edirik:
"Euronews" Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumundan reportaj yayımlayıb
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.